"İnter”in yeni futbolçusu Ruslan Poladov bizimlə söhbətdə
klubumuza keçidi barədə danışdı,
hazırlıq prosesinin gedişi haqqında öz fikirlərini açıqladı və komandada
rəqabətin olmağının vacibliyini qeyd
etdi. -Ruslan, "İnter" klubuna
keçidin necə rəsmiləşdi?
-Bu keçid hələ keçən mövsümün əvvəlində gözlənilirdi, lakin
sonda mən "Xəzər-Lənkəran" klubunda qaldım. Mövsüm başa çatandan sonra
"İnter"dən yenə təklif gəldi və mən onu məmnuniyyətlə qəbul etdim. Çox
istəyirdim ki, məhz bu klubda çıxış edim.
-"Xəzər-Lənkəran" klubunda 3
ildən çox vaxt keçirmisən. Amma keçən mövsüm sənin üçün heç də uğurlu alınmadı.
İlin əvvəlində ağır zədə aldın və bundan sonra əsas heyətdəki yerini
itirdin...
-Birinci dövrədə demək olar ki, hər oyunda meydana çıxdım,
lakin 2011-ci ilin əvvəlində Antaliyada
keçirilən təlim-məşq toplanışında zədə aldım. Bundan sonra yaşıl meydandan
kənarda qaldım. Bərpa olandan sonra isə məşqçi mənə çox nadir hallarda oyuna
buraxırdı.
-Artıq "İnter" komandasının
sıralarına qoşulmusan və Türkiyədəki
toplanışda iştirak edirsən. Hazırlıq prosesi barədə fikirlərini öyrənmək
istərdik..
-Hazırlıq çox yaxşı keçir. Futbolçular verilən tapşırıqları
həvəslə yerinə yetirirlər. Komandada yaxşı atmosfer var.
-Komandanın baş məşqçisi
Kaxaber Tsxadadze ilə "Inter”ə gəlməmişdən əvvəl tanış idin?
-Bildiyiniz kimi, mən iki mövsüm "Standard" klubunda
oynamışam, oradan isə "Xəzər-Lənkəran"a keçdim. "Standard"ı tərk edəndən sonra
bu klubun sükanı arxasına məhz Kaxaber Tsxadadze gəlmişdi. "Standard"da
qarşılaşmasaq da, bir-birimizi
tanıyırdıq. "İnter"ə gəlməmişdən əvvəl bu məşqçilə əlaqəmiz var idi.
-Gələn mövsümdən nə gözləyirsən?
-Gələn mövsümdən mən ancaq uğur gözləyirəm. Bu klubda hər
zaman yüksək pillələr haqqında düşünürlər. Bizi çətin iki turnir
gözləyir-çempionat və kubok, biz də öz növbəmizdə bu yarışlarda maksimum nəticə qazanmağa
çalışacağıq.
-"İnter"in heyətində birinci
mövqedə oynayan bir neçə bərabər səviyyəli futbolçu var. Start heyətə vəsiqə
uğrunda mübarizədən çəkinmirsən ki?
-Yox, əksinə. Mən rəqabətdən heç vaxt qorxmamışam. Futbolda
sağlam rəqabət artıma təkan verir. Klubda bu rəqabətin olması birbaşa oyunçular
və ümümiyyətlə, komanda üçün yaxşıdır. Bu proses ancaq inkişafa gətirib
çıxarır.
|