İnter PİK rəsmi Fan Klubunun prezidenti Ruslan Muradovun bizim sayt üçün verdiyi müsahibəni sizlərə təqdim edirik. İlk olaraq İnter Fan Klubun həaliyyət prinsipi haqqında struktur quruluşu haqqında danışardınız. Bildiyiniz kimi İnter Fan Klubunun öz fan saytı var və burda struktur haqqında tam məlumat yerləşdirilib.Fan Klubumuzun idarə heyyəti qrup rəhbərlərindən təyin edilib.Bakının qəsəbə və kəndlərində bunlardan Zabrat Fatmayi Binəqədi Göradil qəsəbələrini göstərmək olar.Bundan əlavə Qaraçuxur Yeni günəşli tərəfdən gələn azarkeşlərimiz var. İnter Fan Klubunun dirgər fan klublarla münasibətləri necədi?Yəni istər dostluq istərsədə əməktaşlığı nəzərdə tuturam. Bizim bütün fan klublarla yaxşı münasibətlərimiz var.Məsəl üçün Qəbələ fan klubu ilə düzdü görüşməsəkdə amma hər dəfə ora səfər edəndə fan rəhbəri ilə ünsiyyətdə oluruq.Bundan əlavə Gəncə klubunun Xəmsə fan klubu və şəxsən rəhbəri Adil müəllimlə və Kəpəz fan klubları ilə yaxşı münasibətimiz var hətta onların fan saytının bannerin öz saytımızda yerləşdirmişik.Həmçinin Qarabağ klubunun İmarət fan klubu ilə də yaxşı münasibətimiz var onlarında fan saytı bizim saytda dost saytlar siyahısına daxil edilib.Ümumiyyətlə bizim bütün fan klublarla yaxşı münasibətimiz var və buna daima çalışırıq bizim bir şüarımızda var "90 dəqiqə meydanda rəqib meydandan kənarda dost" Biz həmişə bunun tərəfində olmuşuq buna misa olaraq biz bir neçə turnirlərdə keçirmişik.Məqsədimiz fan klublar arasında isti münasibət olsun hətta tanımadığımız fan rəhbərlərini biz ən azından bu tədbirlərdə görüb münasibət qururuq. Yeri gəlmişkən Xəzər və İnter azarkeşlərindən söz düşmüşkən.Hamı bilir ki bu iki azarkeş ordusu arasında daha sıx münasibətlər hətta qardaşlıq münasibətləri var və bu isti qardaşlıq münasibətlərinə müəyyən qədər qısqanclıq var bunu müxtəlir idman və sosial şəbəkə portallarından görə bilərik.Bu haqda fikriniz nədir? Düzdü sizinlə təmami ilə razıyam məndə bunun şahidi olmuşam.Amma bilirsiniz bunlara fikir vermək lazım deyil bizə əsas olan bizim onlara və onların bizə olan münasibətidir.Əsas odur ki biz fikrimizdə qətiyik və bu fikrimizin tərəftarıyıq. İnter Fan Klubunun prezidenti olaraq sizin və sizin timsalınızda İnter azarkeşləri üçün hansı komanda ilə oyun daha prinsipiyal xarakter daşıyır? Əlbəttə ki Xəzər Lənkaranla oyun mən bunu birmənalı olaraq bu oyunu deyərdim.Çünki bu oyun zamanı stadionda azarkeşlərin sayı çox olur ajiotaj olur.Və sayt qəzetdən komandaya azarkeşlik edən və izləyən İnter Azarkeşi Xəzərlə oyunda stadiona gəlib komandaya dəstək olur.Bundan başqa Qarabağla oyuna da daha çox azarkeş gəlir amma Derbi oyun desək necə deyərlər "Bitməyən Derbi" məhs bu iki klub arasındadır. Bir fan klub prezidenti kimi son zamanlar İnter komandası istər baş məşqçi istərsədə müəyyən oyunçulara qarşı idman saytlarında bir az ögey münasibət bəslənilir və çoxlu tənqidə edirlər.Buna münasibətiniz necədir. Bilirsiniz peşəkarlıq deyəndə tək klublar nəzərdə tutulmamalıdır.Jurnalist və həmən sayt redaktorları da öz işlərinə peşəkar yanaşmalıdır.Çünki hər şeyi tənqit etmək düzgün deyil.Düzdü tənqid lazımdır tənqitsiz inkifaşdan söz belə gedə bilməz amma normasında olsa daha yaxşı olar.Tənqid edən zaman heç olmasa yaxşı tərəfində yazmaq lazımdır ki oxucu yaxşı ilə pisi ayıra bilsin.Amma təsüflər olsun ki bizim komanda haqqında yalnız neqativ fikrilər yaradılır bu isə peşəkarlıqdan uzaqdır. İnter Fan Klubun gələcək planları haqqında qısaca məlumat verərdiniz? İnter Fan Klubu durmandan inkişafdadır və bu yaxınlarda Fatmayi qəsəbəsində Fan Klubumuzun ilk özəyi yaranacaq öz ofisi öz toplanış yeri açılacaq.Bundan əlavə başqa rayonlarda da bu istiqamətlərdə işlər görülür. Sonda oxucularımıza sözünüz nədir? Stadiona gəlsinlər komandaya dəstək olsunlar "Azarkeşsiz oyun musiqisiz rəqsə bənzəyir" gəlin İnter komandasına dəstək olaq.
|