"İnter”in yarımmüdafiəçisi Rövşən Əmiraslanovun klubla müqaviləsi başa çatıb. məlumata görə, 25 yaşlı futbolçu aparıcı klubların maraq dairəsindədir. Sol cinah yarımmüdafiəçisi geridə qoyduğumuz mövsümdə yaxşı çıxış etdi və Kaxaber Tsxadadzenin "göz bəbək”lərindən birinə çevrildi.
"İnter” Əmiraslanovla əmakdaşlıqda maraqlıdır və ona yeni müqavilə təklif olunub. Bundan başqa, "Bakı”, AZAL və "Qəbələ” də Rövşəni heyətinə qatmaq istəyir.
Rövşən Əmiraslanov gələcək taleyi ilə bağlı qərarı yaxın günlərdə verəcək.mənbə penalti.az
|