"Qəbələ"nin yeni transferi Rövşən Əmiraslanov yeni komandası haqda danışıb. Son iki mövsümü "İnter"in heyətində keçirən futbolçu əvvəlki klubunda iki dəfə titul qazanmasına baxmayaraq, Qəbələ klubunda xoşbəxt olduğunu bildirib:
"Qəbələ" haqqında məlumatım var idi. Klub barəsində ancaq xoş sözlər danışırdılar. Komandamı dəyişməyimin əsas səbəblərindən biri də budu. Bura gəldikdən sonra eşitdiklərimin doğruluğuna əmin oldum.
"İnter"də 2 il yarım oynamışam, bu komandayla bir dəfə Azərbaycan çempionu olmuşam, bir dəfə də gümüş medallara layiq görülmüşəm. Çoxlarının düşündüyünün əksinə olaraq, Bakı klubundan ayrılmaq mənə çətin olmadı. Çünki "İnter"dən ayrılıb aşağı səviyyəli komandaya keçməmişəm.
"Qəbələ" heç bir cəhətdən "İnter"ə uduzmur. Bu il medallar uğrunda oynayacağıq. Yeni komandamda da titul qazansam, mənim üçün də çox xoş olacaq".
Mənbə:penalti.az