"Mətbuatda mənimlə bağlı yalnış xəbərlər yayılıb. Düzdü, başqa klublardan təkliflər almışam. Amma hələ heç bir klubla rəsmi şəkildə danışıq aparmamışam". Bu sözləri "İnter"in futbolçu Rövşən Əmiraslanov deyib. Rövşən "İnter"lə razılaşmaq istədiyini bildirib: "Yayda müqaviləm bitir. Amma hələ heç kiminlə danışığım olmayıb. Hazırda Şəmkirdəyəm. İnşallah öz klubumla danışıb, razılığa gələrəm. "İnter"də qalmaq istəyirəm".
Futbolçu maliyyə baxımından klubla probleminin olmayacağını deyib: "Maliyyə ilə bağlı heç bir problemi ola bilməz. "İnter"də olduğum müddətdə heç bir problem olmayıb. Klub rəhbərliyi futbolçuların pulunu son qəpiyinə kimi ödəyir. "İnter"in rəhbərliyindən tutmuş baş məşqçisinə, texniki işçisinə kimi hamısı məni qane edir. İnşallah təklif olsa, qalıb komandamda oynamaq istəyirəm".
|