"Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadı. Bu komandaların oyunu həmişə ağır keçib. Oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, yaxşı da oynadıq. Qələbəyə çox yaxın idik. Yüz faizlik qol epizodlarımız oldu. Amma istifadə edə bilmədik. Həmin imkanlardan maksimum yararlansaydıq, böyükhesağblı qələbə qazanardıq". Bu sözləri "Neftçi" ilə oyundan sonra Fanat.az-a "İnter"in futbolçusu Rövşən Əmiraslanov deyib. Matçın sonunda Dmitri Kruqlovun əvəzinə meydana çıxan futbolçu zakim Rövşən Əhəmdovu qınayıb: "Hakimin yetərincə səhvləri oldu. Xüsusən də hesabı açandan sonra açıq-aydın görünürdü ki, hakim "Neftçi"yə köməklik edir".
|