Litvalı forvard hansı müdafiəçidən çəkinir?
"İnter"in litvalı hücumçusu Robertas Poşkusun müsahibəsi
- "Qəbələ" ilə oyun hansı təəssüratlarla yadda qaldı? -Asan olmadı. Birinci hissədə qol vurmağa nail olduq. İkinci hissədə biz əks-hücumlara ümid edərək, hesabı qorumağa çalışdıq. Yaxşı müdafiə olunduq, ev sahiblərinin praktiki olaraq qol vəziyyətləri olmadı və biz haqlı olaraq uğurlu nəticəni qoruya bildik.
- Altı tur arxada qaldı. Mövsümün başlanğıcını necə qiymətləndirirsən? - Qənaətbəxş hesab etemək olar. Biz yalnız "Neftçi” komandasına məğlub olmuşuq və bunda qorxulu heç nə görmürəm. Əksinə, səfərdə "Xəzər-Lənkəran”a qarşı əla oynadıq. Bundan başqa, demək olar bütün oyunlarda "sıfır” hesabla başa vurmuşuq ki, bu da bizi sevindirməyə bilməz. Bu, ilk növbədə bizim müdafiəmizin gücündən xəbər verir ki, o da müasir futbolda uğurun zəmanəti hesab edilir. Ola bilər ki, o qədər də məhsuldar oynamamışıq, amma keyfiyyətli və sabit nəticə nümayiş etdiririk. Bəzi problemlər bir çox futbolçumuzun həddən artıq zədəli olmasıyla və Çempionlar Liqasında iştirak etdiyinə görə kömandanın mövsümə çox tez başlamasıyla əlaqədardır.
- İlk turlarda cəmi bir dəfə fərqlənmisən. Bu nəticəni yaxşılaşdırmağa ümid edirsən? - Əlbəttə. Hücumçu üçün əsas göstərici qoldur, amma hər halda komanda tək mənim üçün oynamır. Və komanda naminə şəxsi ambisiyaları qurban vermək lazım gəlir. Ən başlıcası son turdan sonra kimin birinci yerdə olmasıdır, kimin neçə qol vurması isə ikinci dərəcəli məsələdir.
- "İnter” ötənilki uğurunu təkrarlaya bilərmi? - Bunun üçün bizim böyük şansımız var. Biz çempion komanda olaraq titulumuzu qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.
- "İnter”in əsas rəqibələri hansı komandalardır? -"Xəzər Lənkəran” yaxşı təsir bağışlayır, "Neftçi” və "Qarabağ” yaxşı çıxış edir. "Bakı”nın böyük potensialı var, ancaq komanda hazırda çətin vəziyyətlə qarşılaşıb. Bununla yanaşı, hesab edirəm ki, onlar mütləq artıracaqlar. Kimisə fəqrləndirmək çətindir, axı, biz hələ hamıyla oynamamışıq. Çox zaman bütün mövsüm ərzində eyni yüksək futbol nümayiş etdirmək çətin olur. Ona görə də hansı komandasa qışda artıracaq, kimsə azaldacaq. Qışda yenidən transfer pəncərəsi açılacaq və komandalar güclənə biləcəklər.
- Şəxsən sənə kimə qarşı oynamaq çətindir? Belə bir müdafiəçi var? - Bəli, "Xəzər Lənkəran”da mərkəzi müdafiəçi var. Onu hətta Azərbaycan millisinə də çağırırlar. Adı Elnurdur (Elnur Allahverdiyevi nəzərdə tutur-inter.az). Ona qarşı oynamaq çox çətindir, çox sərt və inadcıl futbolçudur.
Mənbə: inter.az
|