İnterin Litvalı hücumçusu Robertas Pokşkus agligoylu.tk saytına verdiyi müsahibədə bunları dedi. "Son vaxtlar İnterin oyunu alınmırdı amma son iki oyunda yaxşı oyun sərgiləməyə başlamışıq Neftçi ilə oyun haqda danışmaq istəməzdim çünki artıq bu söhbəti bağlamaq Lənkaranla oyun haqda düşünmək lazımdır.Xəzər Lənkaran çox güclü komandadır və hər zaman onlarla oynamaq mənə xoş olub.Səhf etmirəmsə Xəzər Lənkaran öz meydanında bizi axırıncı dəfə 2009 cu ilin avqust ayında məğlub edib bundan sonra isəsəfər bərabərlik seriası olub.Bu seriyanı davam etdirmək hətta qalib gəlmək istəyirik bunu bacaracağımıza inanıram.Bizim üçün çempionluq bitib bilirəm amma Avro Liqaya vəsiqə əldə etmək şansımız var.O ki qaldı milli komandanın baş məşqçisinin dediyi sözlərə.Mənim ailəmdə problem var idi buna görə İnterdə də problemim oldu amma sağ olsun baş məşqçi məni anladı.Amma görünür millinin baş məşqiçisi məni anlamaq istəmədi.Nə deyirəm mənə ehtiyac yoxdu?qoy cavanlar gəlsin oynasın mən oynamasamda hər zaman ölkəmin uğurlarına sevinirəm və sevinəcəm də.İndi isə bütün fikrim İnterdə və onun uğurlarında" Cəmil Xəlili agligoylu.tk
|