"İnter" - "Bakı" matçının məlum səbələrdən yarımçıq saxlanıldığı haqqında məlumat vermişdik. Matçdan sonra Premyerliqa.az-ın redaksiyasına daxil olan məlumata görə, oyuna əlavə olunan dəqiqədə Lomayanın Nurlan Novruzova qarşı sərt oynamasını yan xətt hakimi Rail Ramazanov həmin an baş həkimə mikrafon vasitəsi ilə bildirib. Lakin oyunun baş hakimi Diniyev qərar qəbul etməkdə tərəddüd edib. 48-ci dəqiqədə "İnter"in qapısına penalti zərbəsi təyin edən Ramil Diniyev məsuliyyəti öz üzərindən atmaq üçün ikinci penalti qərarını bir qədər gecikdirib.
Bu qərarı yalnız laysmana yaxınlaşdıqdan sonra qəbul edən baş hakim bir növ məsuliyyəti öz üzərindən atıb.
|