Xəbər verdiyimiz kimi, "İnter" komandası Gürcüstanda təlim-məşq toplanışındadır.
Bu gün komandamız səhər məşqinə çıxdı. Toplanış çərçivəsində "İnter"in
keçirəcəyi yoldaşlıq oyunlarında rəqiblərinin adları da məlum oldu. Belə
ki, avqustun 31-də komandamız Gürcüstanın güclülər dəstəsində mübarizə
aparan "Dila"(Qori" komandasıyla üz-üzə gələcək. Sentyabrın 3-dəsə
"İnter" yerli "WİT Georgia" klubuyla qarşılaşacaq. Bu komanda da yüksək
divizionda çıxış edir.
Görüşlərin başlanma vaxtı barədə məlumat veriləcək.
|