Qış transfer dövründə AZAL klubuna icarəyə verilən "İnter”in oyunçusu Şəhriyar Rəhimov yenidən geri qayıda bilər. Futbol11.az saytına daxil olan məlumata görə, o, AZAL-da sərgilədiyi futbolla "bankirlər”in baş məşqçisi Kaxaber Sxadadzenin etimadını yenidən qazanıb. Odur ki, onun yenidən paytaxt klubuna dönmək ehtimalı mövcuddur.