Yuşka cavab qarşılaşmasında da qol vuracağına inanır: "İlk dueldə qol vurduğuma görə sevinirəm. Nə deyim, Tovuzda da qol vurmağa çalışacağam”. Hücumçu növbəti mərhələdə "İnter”lə yox, "Abşeron”la qarşılaşmaq istədiyini də söylədi: "Kubokda gücümüz çatan mərhələyə qədər irəliləyəcəyik. Əgər "Turan”ı keçsək, yarımfinalda "Abşeron”la qarşılaşmağımızı istərdim. Çünki "İnter” bizə problem yarada bilər. Zarafat deyil axı, bu komanda son ölkə çempionudur. Amma yenə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımıza çıxacaq rəqibləri məğlub edəcək gücdəyik".
penalti.az
|