Təsnifat mərhələsinin son turunda "İnter” komandası "Xəzər Lənkaran”ı qəbul edirdi.Bu qarşılaşmada hər iki komandaya qələbə qazanmaq vaacib idi.”Xəzər Lənkaran” komandası qələbə qazanacağı təqdirdə "Neftçi” ilə minimum xal fərqini qoruyacaq,”İnter”in qələbəsi isə "bankirlər”i turnir cədvəlində üçüncü pilləyə qaytaracaqdı.”İnter” meydana 4-5-1 taktiki sxem düzülüşü ilə çıxmışdı.Qapıda Georgi Lomaya,onun önündə Arif Daşdəmirov,Danildo Assioli,Vladimir Levin və İlia Kandelaki dördlüyü qərarlaşmışdı.Yarımmüdafiə xəttində Asif Məmmədov,Bronislav Çervenko,Aleksandr Çertoqanov,Petar Zlatinov və Dmitri Kruqlov meydana çıxmışdılar.Hücumda Kaxaber Sxadadze tək Girts Karlsonsa güvənmişdi. Oyun "İnter” komandasının hücumları ilə başladı.Komandamızın ilk hücumu təhlükəli alındı.Dmitri Kruqlov sol cinahla irəliləyib "Xəzər Lənkaran” komandasının qapısı qarşısına ötürmə etdi.Lakin Elvin Beçiri topu qapıları qarşısından uzaqlaşdırıb təhlükəni sovuşdurdu.”Xəzər Lənkaran” komandası da müdafiədə oturmaq fikri yox idi.Cənub klubunda xüsusilə Julius Vobay və Uinston Parks meydanda ən fəallardan idilər.Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab 9-cu dəqiqədə açıldı.Uinston Parks istiqamətində edilən uzun ötürmədən sonra Georgi Lomaya və Danildo Assiolinin bir birinin anlaşmaması nəticəsində top Hritsu Kyakunun önünə düşdü.Yarımmüdafiəçi öz növbəsində boş qapını nişan almaqda çətinlik çəkmədi (0:1).Buraxılan qol "İnter” komandasının futbolçularına soyuq duş təsiri bağışladı və hesabı bərabərləşdirmək üçün irəli atıldılar.Qurulan hücumların birində Petar Zlatinovun gözəl zərbəsindən sonra Kamran Ağayev barmaqlarının ucu ilə topu küncə çıxartdı.Hücum edən tərəf "İnter” olsa da qol "Xəzər Lənkaran”dan gəldi.Oyunun 19-cu dəqiqəsində Danildo Assiolinin səhvindən sonra topa yiyələnən Julius Vobay topu Hirtsu Kyakuya ötürdü.Sonuncunun cərimə meydançasına ötürdüyü topu Uinston Parks ayaqları arasından Adrian Pirts üçün buraxdı,o isə topu saxlamadan qapıya göndərdi.Georgi Lomaya vurulan topa reaksiya göstərsə də top onun qoltuğunun altından yaxın küncdən tora daxil oldu (0:2) .Buraxılan ikinci qol "bankirlər”i şoka saldı və bunun nəticəsində "İnter” birinci hissənin sonuna qədər düz əməlli hücum qura bilmədi. İkinci hissəyə "İnter” əvəzetmə ilə başladı.Taktiki sxemi 4-4-2 dəyişən Kaxaber Sxadadze Petar Zlatinovun yerinə meydana Robertas Poşkuşu buraxdı.İkinci hissə "bankirlər”in hücumları ilə başladı.Lakin bu dəfə də qolu "xəzər Lənkaran” vurdu.49-cu dəqiqədə Rahid Əmirquliyev meydanın sağ cinahı ilə uzun reyd edib cərimə meydançasına ötürmə etdi.Topa hamıdan tez çatan Uinston Parks komandasının üçüncü qolunu vurdu (0:3).Buraxılan üçüncü qol "İnter”in futbolçularını yuxudan oyatdı.Rəqibi qapısı qarşısına sıxan "İnter” ard-arda hücumlar edir,lakin qurulan hücumlarda son nöqtəni qoyan tapılmırdı.Qapı istiqamətində vurulan zərbələr hədəfdən yan və yaxud düz Kamran Ağayevin üstünə gedirdi.”İnter” komandası fərqi 61-ci dəqiqədə azaltdı.”Xəzər Lənkaran” komandasının qapısı qarşısında yaranan qarışıqlıqda Girts Karlsonsa edilən kobudluğa görə "Xəzər Lənkaran” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu.Zərərçəkən özü Kamran Ağayevi məyus edib hesab arasındakı fərqi azaltdı.Vurulan qoldan sonra "İnter”in hücumları səngimir,”Xəzər Lənkaran” komandası isə topu qapıları qarşısından uzaqlaşdırmaqla məşğul idilər.Oyunun sonuna qədər "bankirlər” minimum iki dəfə rəqib torunu silkələməli idilər.Lakin Dmitri Kruqlovun zərbəsində sonra boş qapıya gedən topun qarşısını müdafiəçi aldı.Bundan bir neçə dəqiqə sonra Girts Karlsonsun başla zərbəsinin qarşısını Kamran Ağayev aldı və oyun 1:3 hesabı ilə "Xəzər Lənkaran” komandasının qələbəsi ilə nəticələndi.
Unibank Premyer Liqasının XXII-ci turunda "İnter" - "Xəzər Lənkaran" komandalarının qarşılaşmasından sonra hər iki komandanın baş məşqçilərinin iştrakı ilə ənənəvi mətbuat konfransı taşkil olundu. Mirça Rednik,"Xəzər Lənkaran" komandasının baş məşqçisi: "Bugünkü oyunda qalib gəldik, komandamdan məmnun qaldım. "İnter" kimi komandanı 3:1 hesabı ilə məğlub etdiyimiz üçün şadam. İkinci qoldan sonra üstünlük "İnter"ə keçdi. Buna baxmayaraq, qalib gəlməyi bacardıq. Bizi irəlidə daha çətin oyunlar gözləyir. "İlk altılıq" oyunlarına daha ciddi hazırlaşacağıq". Kaxaber Sxadadze,"İnter" komandasının baş məşqçisi: "Oyunun əvəlində "Xəzər Lənkəran"a iki qol hədiyyə etdik. Bu, istənilən komanda üçün üstünlükdür. Komandamda çıxış edən futbolçular kifayət qədər təcrübəli olsa da, bu cür səhv buraxdılar. Biz topa daha çox nəzarət edirdik, oyunda üstün tərəf idik. Lakin qol imkanlarından istifadə edə bilmədik. Növbəti oyunlara hazırlaşacağıq, həvəsdən düşmək olmaz".