Bazar günü oynayacağımız "Qarabağ" klubunun braziliyalı oyunçusu Leonardo Roşa qol.az saytına verdiyi müsahibədə bunları dedi: - "İnter” söhbəti mənim üçün bağlanıb. Artıq olan olub və keçən keçib. Məni indi maraqlandıran "Qarabağ”ın çıxışlarıdır. Oyuna gəldikdə isə mənim üçün görüşün hər hansı prinsipiallığından söhbət gedə bilməz. "İnter”in güclü heyəti var. Onlar da bizim kimi çempionluğa iddialıdırlar. Top saxlamağı sevən komandadır. Bizim üçün oyun xeyli çətin keçəcək. Əlimizə düşən fürsətlərdən maksimum yararlanıb qələbə qazanmağa çalışacağıq. Rəqibin hücumçusu Girts Karlsonsu fərqləndirərdim. Karlsons çox güclü futbolçudur. Ona qarşı xüsusi diqqətli oynağımız lazımdır. Latviyalı futbolçu bizə problem yarada bilər.
|