"Qarabağ"ın sabah "İnter"lə qarşılaşacaq. Qonşuların dueli maraqlı futbol vəd edir. Premyerliqa.az xəbər verir ki, "İnter"in uzun müddət məğlubiyyətsiz irəliləməsi oyuna əlavə rəng qatacaq.
Ağdam klubunun cari mövsüm əsas futbolçularından olan Qara Qarayev klubun rəsmi saytına danışaraq, oyunun çətin keçəcəyi haqqında belə danışdı:"İnter"lə oyunun necə çətin olacağını qeydə etməyə ehtiyac yoxdur. Rəqibimiz güc futboluna üstünülk verir. 90 dəqiqə meydanda ancaq mübarizə olacaq. "İnter" cari mövsüm eyni zamanda baxımlılığa görə də artırıb. Artıq bir neçə yerli gənc də meydana çıxır. İlk oyunumuzda "İnter"i məğlub etsək də bakılılar da yaxşı təsir bağışlamışdı. Sabahkı oyunda "İnter" ev sahibi kimi qələbə qazanmaq istəyəcək.
Milli oyunlarla əlaqədar biz cəmi 2 gün birlikdə məşq etmişik. Üstəlik, Rəşad Sadıqovun da olmaması bizim üçün böyük itkidir. Bu oyun cox vacib görüş olsa da, sonuncu deyil. Hələ çox belə oyunlara çıxacağıq".
|