UEFA-nın Avropa klubları üçün açıqladığı əmsallar cədvəlində Ağdam "Qarabağ"ı Azərbaycan komandaları arasında birinci yerə çıxıb.
«Qarabağ» 4,233 balla Avropada 231-ci yeri tutur. Azərbaycan klublarından sonrakı yerləri müvafiq olaraq «Bakı» (302-ci yer, 2,733 bal) və «İnter» (311; 2,483) tutur.
Digər klublarımızın UEFA-nın reytinqindəki mövqeyi isə belədir: «Xəzər Lənkəran» - 365; 1,483 «Simurq» - 365; 1,483 AZAL - 385; 1,233 «MKT-Araz» - 385; 1,233 «Neftçi» - 385; 1,233 «Karvan» - 385; 1,233
|