Bu gün Premyer Liqanın XXVIII turunda Suraxanı qəsəbə stadionunda Qarabağ və İnter üz üzə gəldi.Gözlənildiyi kimi oyun çox gərgin keçdi.Birinci hissə qolsuz bitdi.İkinci hissədə isə İnter hücumlarının sayını artırdı.Lakin çox saylı hücumlar bəhrə vermirdi.Oyunun sonlarına yaxın Qarabağ 76 cı dəqiqədə penalti zərbəsindən hesabı açdı qol Georgi Adamiyanın hesabına yazıldı.Bundan sonra İnter hücumlarını daha da artırsada oyun 1:0 hesabı ilə ev sahibinin xeyrinə bitdi.
Kaxaber Tsxadadze: "İki il ərzində mənim ünvanıma da nəsə xoş söz deyən oldu"
"Qurban Qurbanova müsahibələrinin birində mənim ünvanıma səsləndirdiyi xoş sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. İki il ərzində mənim ünvanıma da nəsə xoş söz deyən oldu". bu sözləri "Qarabağ"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxssis "Qarabağ"ın haqlı penalti qazandığını bildirib: "Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Həmin epizodda penalti var idi və "Qarabağ" bundan yararlandı". Tsxadadze əsas hədəfin çempionat olduğunu bildirib: "Çempionatı demək olar ki, boşa verdik. İndi bütün diqqətimizi ölkə kubokuna yönəltməliyik".
|