Bu gün «İnter» və «Turan» klubları arasında keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin oyununda qalmaqal yaşanıb. İkinci hissədə «Turan» klubu oyuna çıxmaq istəməyib. Buna səbəb isə «Turan»ın qapılarından buraxdığı ikinci qolun qapı xəttini keçmədiyini iddia etməsidir.
İlk hissəsi 0:2 hesabı ilə başa çatan oyundan sonra «Turan» ikinci hissədə meydana çıxmayıb. Sonra isə klubun prezienti Musa Süleymanovun tapşırığıyla komandanın üzvləri ümumiyyətlə, avtobuslarına minərək stadionu tərk ediblər, bu səbəbdən oyun yarımçıq dayanıb.AFFA İntizam Komitəsi «İnter» - «Turan» oyununun ikinci hissəsində meydana çıxmadığına görə Tovuz klubuna texniki məğlubiyyət verəcək.
Bu haqda Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
Onun sözlərinə görə, bundan başqa, AFFA İntizam Komitəsi əlavə cəzalar da tətbiq edə bilər.
|