"Məşqçi dəyişikliyindən sonra AZAL-ın oyununda yüksəliş var. İlk qolu qapımızda erkən gördük, buna görə ötürmələrdə səhvlər buraxırdıq". bu sözləri AZAL-la oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Tsxadadze komandasının ikinci hissədə daha istəkli oynadığını bildirib: "İkinci hissədə daha yaxşı, istəkli oynadıq. Qələbə qazansaydıq turnir cədvəlində lider olacaqdıq. Bizi qarşıda hələ çox oyunlar gözləyir. Liderlər qrupunda komandalar arasında xal fərqi çox azdır. Ona görə də, qarşıdakı oyunlarda qazanılacaq xallar "qızıl xallar” olacaq”.
Qeyd edək ki, Unibank Premyer Liqasında XIV turun son görüşündə AZAL-ı qəbul edən "İnter" rəqibin müqavimətini qıra bilməyib - 1:1.
|