"İnter" komandası ağır Qəbələ səfərindən qələbə ilə döndü Unibank Premyer Liqasının VI-cı turunda "Qəbələ" və "İnter" komandaları qarşılaşırdılar.Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada 23 yaşlı Rövşən Əmiraslanov vurduğu qol ilə komandasına qələbə qazandırdı.
Zədədən yenicə meydana qayıdan Rövşən Əmiraslanov oyunun 35-ci dəqiqəsində bütün matç ərzində mükəmməl oyun sərgiləyən Pavel Doroşevsi məyus etdi.Qol epizodundan bir neçə dəqiqə öncə Robertas Poşkuşun "Qəbələ" komandasının qapasına vurduğu topun qarşısını məhz Pavel Doroşevs kəsmişdi.Əcnəbi oyunçulara qoyulan limitə görə "İnter" komandasının qapısı təcrübəli Dmitri Kramarenkoya həvalə edilmişdir.Veteran qapıçı oyun ərzində bir neçə dəfə Subaşiç,Barton və Torresin zərbəsindən sonra qapısının toxunuzmaqlığını qoruya bilmişdi.
Bununla da "İnter" komandası ağır Qəbələ səfərindən 1:0 hesablı qələbə ilə döndü.
Georgi Çixradze: "Oyun komandamız üçün ağır keçdi" "Qəbələ" komandası yaxşı futbol sərgilədi. Oyun komandamız üçün ağır keçdi.Burada qələbə qazanmaq asan deyil.Kaxaber Sxadadzenin və öz adımdan komandamızın bütün üzvlərini qələbə münasibəti ilə təbrik edib futbolçularıma sərgilədikləri oyuna görə minnətdarlıq edirəm" - bu sözləri Unibank Premyer Liqasının VI-cı turunda "Qəbələ" və "İnter" komandaları arasında keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında "İnter" komandasının məşqçisi Georgi Çixradze deyib.
"Keçən turdakı oyun ilə müqaisədə bu gün daha yaxçı futbol sərgilədik.Komandam oyundan oyuna artırır.Gələcəkdə daha yaxşı oyun sərgiləcəyik" - bu sözləri Unibank Premyer Liqasının VI-turunda "Qəbələ" və "İnter" komandaları arasında keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında "Qəbələ" komandasının baş məşqçisi Toni Adams deyib. ________________________________________________________________ İnter Fan Klubu Qəbələdə Gözlənildiyi kimi İnter Fan Klubu bu oyuna ciddi hazırlaşmışdır səfər oyununa nəzərdə tutulmuş 50 nəfər əvəzinə 60 nəfər azarkeş yollanmışdır.Avtobuda yer tapa bilməyən İnter sevərlər hətta ayaq üstə bu qədər məsafəni İnter sevgisi naminə qət etməyə razılıq vermişdilər.Qəbələyə çatan zaman narın yağan yağış İnter Azarkeşlərinə xoş gəldin dedi.Həmişə olduğu kimi bu dəfə də Qəbələ Fk rəhbərliyi İnter Fanatlarına qarşı hörmətsizlik etməyi unutmadılar.İlk öncə qapının arxasındakı sektorda yer verməyi qərara aldılar sonra bu fikrlərindən gülünc bir səbəbdən vaz keçdilər.Bir nümayəndə bizlərə yaxınlaşaraq bu sözləri dedi "Sizləri qapının arxasındakı sektorda yerləşməyinizə icazə verə bilmərik oyun zamanı səs küy salıb oyunçulara maneçilik edəcəksiniz" Gülünc deyilmi? Nə isə nəhayət İnter Fanlarına yer ayrıldı oyun başlandı 90 dəqiqə dayanmadan azarkeşlik edən İnterçilər bunun bəhrəsin gördü Rövşənin gözəl qolu qalibiyyəti bizə daddırdı.Oyun zamanı yerli azarkeşlərin İnter Fanlarının ünavına deyilən təhqiramiz sözlərə İnter azarkeşləri elə oyun zamanı Zeynəb Xanlarovanın "Yaşa mənim xalqım "mahnısısın ritimləri ilə bəsdələdikləri mahnı ilə cavab verdilər İnter Bizim Canımız Damarımda Qanımız Xəzər sə Qardaşımız Qəbələ ayağ tozumuz Beləcə oyun bitdi stadiondan çıxan İnter azarkeşləri avtobusa gedə gedə mahnılar oxuyaraq qalibiyyəti qeyd etdilər.Çıxışda bir neçə qəbələli azarkeşlərlə kiçicik insident yaşandı lakin buna son qoyulub evə Bakıya geri yol aldıq. Beləcə Qəbələdən 3 xalı 1 qol və 1 yeni mahnı ilə aldıq
|