Главная » 2011 » Aprel » 5 » Prezident "İnter"in futbolçuları ilə görüşəcək
19:34
Prezident "İnter"in futbolçuları ilə görüşəcək
Xəbər verdiyimiz kimi, "İnter"in 2001-ci il təvəllüdlü futbolçuları Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Valentin Bubukinin xatirəsinə həsr olunmuş beynəlxaq turnirdə iştirak edib. , Rövşən Babayevin yetirmələri turniri 3-cü yerdə başa vurublar. Bununla bağlı "Şəfa" İdman və Sağlamlıq Kompleksinin ərazisində yerləşən "İnter" kafesində mükafatlandırma mərasimi keçiriləcək. Mərasimdə "İnter"in prezidenti Georgi Nikolov da iştirak edəcək. Tədbir aprelin 7-də saat 13.00-da keçiriləcək