Dünən "İnter"in litvalı hücumçusu Robertas Poşkus Bakıya geri dönüb.Poşkusun komanda ilə müqaviləsi olduğu halda komandanın baş məşqçisi hücumçunu meydana buraxmaqda maraqlı deyil.Buna səbəb isə Robertasın Türkiyə və Sloveniyadakı təlim məşq toplantısında iştirak etməməsi olub.agligoylu.tk əldə etdiyi məlumata görə hücumçu bu gündən etibarən əvəz edici heyyətdə Tofiq Mustafayevin rəhbərliyi altında məşqə çıxacaq.Klub ona əvəzedici heyyətdə məşq etməyə imkan yaradıb lakin onun klubda qalıb qalmayacağı sual altındadır.İstisna olunmur ki Poşkusla müqavilə qarşılıqlı şəkildə pozulacaq və oyunçu özünə yeni klub tapacaq.