"Poşkus hazırda düşərgəmizdə deyil. Ümumiyyətlə, hələ yeni futbolçumuz yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında "Simurq”un idman direktoru Vaqif Əliyev deyib.
Heyətini gücləndirməyə çalışan "Simurq” rəhbərliyi bir neçə futbolçu ilə danışıqlarını davam etdirir. Zaqalata təmsilçisinin son iki ildə "İnter”in formasını geyinən, amma yayda komandadan ayrılan Robertas Poşkusun xidmətində maraqlı olduğu aydındır. Hazırda bu istiqamətdə çalışmalar davam etdirilir. Ondan başqa menecerlərin təklif etdiyi bir neçə futbolçu haqda da yaxın günlərdə qərar veriləcək: "Litvalı hücumçu ilə danışığımız davam edir. Hələ ortaq məxrəcə gəlinməyib. Ayın sonuna qədər 1-2 futbolçu ilə anlaşacağıq. Xüsusilə, hücum və yarımmüdafiə xəttini gücləndirmək istəyirik”.
|