Главная » 2011 » İyun » 19 » Poşkus artıq yükdü,Karlsons daha uça bilmir (MÜZAKİRƏ)
11:29
Poşkus artıq yükdü,Karlsons daha uça bilmir (MÜZAKİRƏ)
Son sezon uğursuz çıxışı ilə yadda qalan "İnter" heyyətində ciddi dəyişikliklər etməyə başlayıb.Gedənlərin siyahısı uzunluğu ilə diqqət çəkir.Amma bu gedənlər arasında iki oyunçu gözümə dəymədi.Bunlar bir vaxtlar meydanda at oynadan "litva tankı"ləqəbli Robertas Poşkus və keçən sezon Lex Poznanı cəzalandırıb bizi ümüdləndirən bu il isə "Birlik Kubok"unda rəqiblərin qara kabusuna çevirilib erməniləri qapaz altı edən Girt Karlsons.Amma gəl ki sonuncu oynadığı oyunu milli çempionatda heç nə ilə yadda qalmadı bircə Azərbaycan Kubokunun finalında vurduğu qol.
Robertas Poşkus İnter üçün artıq yükdü desəm yanılmaram.Çünki komanda ondan yaxa qurtarmaq istəyir amma edə bilmir çünki müqaviləsi var gərək artıq pul ödəsin necə deyərlər (Yuxarıda bığ aşağda saqqal ) Məcburuq ki bir ildə heç nəyə yaramayan Poşkusu çəkək və yarıtmaz oyununu seyr edək.Bir müddət əvvəl yayılan xəbərlərdə Poşkusun AZAL-a keçəcəyi deyilirdi amma alınmadı.Komandadan qovulacaq dı hücumçu kasadlığı buna imkan vermədi.Görək nə olur. İndi isə keçək ikinci qəhramanımıza hündür boy Girt Karlsons.Yuxarda qeyd etdiyim kimi bu oyunçu nələrə qadir olub və bacarığı olub.Amma nədənsə çempionatda ağzına su alıb durdu.Bəlkə oyunu alınmadı ya başqa səbəb.Bəlkədə xarici oyunlarda onu tanımayan məşqçi və oyunçular səbəbdi yəni bizim çempionatda hamı Karlsonsu əzbər tanıyır və oyununu oxuyurlar.
Bu yazını yazmaqda məqsədim var əziz oxucular.İndi siz qərar verin bunlarda kim getsin və ya qalsın ya hər ikisi getsin.
Buyurun MÜZAKİRƏ açıqdır və istənilən fikiri rəyi yazmaqda sərbəstsinin (Etikanı gözləmək şərti ilə)
MEN BUTUN INTERFANKLUBUN SALAMLAYIRAM MEN BU MOVZU DA ROPERTAS POSKUSUN GETMEYIN ISTEYIREM CUNKI O EVVELKI VEZIYYETINDE DEYIL YAZXSI OYNAYA BILMIR GIRTS KARLSONSA 1 SANS VERILSIN HORMETLE INTERLI_ZAMIN