Dünən Premyer Liqanın 3 cü turunda İnter Bakı oyununun sonlarında hakimin arsız qərəzli və biyabırçı oyun idarə etməsinin kluminasiya töqtəsi olan penalti zərbəsi və qapıçıya qırmızı vərəqə göstərilməsi İnter azarkeşlərinin səbr kasasını doldurdu.Oyunun hakiminə etiraz etməyə başlayan azarkeşlər əsəbi halda hakimin ünvanına sözlər yağdırmağa başladılar.Elə bu anda polis işçiləri İnter Azakeşlərinin üstünə şığımağa başladılar.Bir neçə azarkeşə rezin dəyənəklə zərbə endirməkdən belə çəkinmədilər.Səbəb isə hakime qarşı etirazı yatırmaq oldu.
PS:Biz azad demokratik bir ölkədə yaşayırıq və azad şəkildə öz fikrimizi bildirmək haqqımız var amma bir qrup polis işçisini isə bu qane eləmir.Əgər biz stol skamya sındırsaydıq və ya stadiona yanar maddə və ya stadiona müdaxilə etsəydik onda bəlkədə haqqınız oları amma bu epizotda siz qolunuzun gücünü günahsız azarkeşlərə dedini.
|