Главная » 2010 » Oktyabr » 5 » Pişiyin ağzı ətə çatmayanda deyir ki,iy verib (Elçin Həsənov)
18:56 Pişiyin ağzı ətə çatmayanda deyir ki,iy verib (Elçin Həsənov) |
Bu gün Qafqazinfo agentliyinin məlumatına əsasən Fanat.az internet saytı xəbər yaydı ki,Unibank Premyer Liqasının VIII-cu turunun "İnter”-"Muğan” oyunundan öncə "bankirlər”in rəhbərliyi oyuna təyinat alan baş hakim Elnur Muradova rüşvət veriblər.Mənim şəxsi fikrimcə bu əsassız və absurd bir məlumatdır.Gəlin Qafqazinfo agentliyi və Fanat.az internet saytı kimi havadan yox faktlarla danışaq. Başlayaq Elnur Muradovun rüşvət alması məsələsindən.Unibank Premyer Liqasının hər oyununu idarə edən baş hakimə hər qarşılaşma üçün ayrı-ayrılıqda maaş yazılır.Ayda dörd oyun idarə edən baş hakim bu günkü günün reallığını nəzərə alsaq yüksək maaşla təmin olunur.Lakin qarşılaşmanı idarə edən baş hakimin səhvləri sübut olunsa o,Hakimlər Komitəsi tərəfindən ən azı 5 oyunluq cəzalanıb heç bir oyuna təyinat almır.Bu da 1 aydan artıq vaxt edir.Deməli səhv edən hakim 1 ay maaş almır.İndi fikirləşək,hansı normal insan ailəsini çörəksiz qoyar.Mənə elə gəlirki heç kim. Keçək "İnter” komandasının rəhbərliyinin Elnur Muradova rüşvət verməsi məsələsinə.Statistikaya nəzər yetirsək görərik ki,bu günə qədər "İnter” və "Muğan” komandaları altı dəfə üz-üzə gəliblər və bu altı qarşılaşmanın hamısını "bankir”lər qazanıb.Deyə bilərsiniz ki,meydana statistuika yox,futbolçular çıxır.Mən sizinlə təmamilə razıyam.Amma buna da nəzər salanda görsənir ki,”İnter”in bütün mövqelər üzrə futbolçuları "Muğan” komandasının oyunçularından bir baş üstündür.Demək olar ki,mənim sadaladığım faktlar Fanat.az internet saytının yaydığı məlumatın iftiradan başqa bir şey olmadığını göstərdi. İndi isə bir anlıq Qafqazinfo agentliyinin və Fanat.az internet saytının fəaliyyətinə nəzər salaq.Bu internet saytı daim qalmaqal axtarışında olan,futbol komandalarının azarkeşlərini bir-birinə düşmən edən və azarkeşlərə qeyri-dəqiq informasiya çatdıran bir portal kimi tanınır.Fanat.az saytının qeyri peşəkarlığı mövsümün qapıçısını seçəndə üzə çıxdı.Heç bir Avropa dövlətində nominasiya qalibi azarkeşlərin səsləri əsasında seçilmir.Bilmirsinizsə mən deyim,siz də bilin.Nominasiya qalibinin adına futbol funksionerlərinin,çempionatda iştrak edən komandaların baş məşqçilərinin və kapitanlarının səs verməsi nəticəsində aydınlıq gəlir.Amma siz azarkeşlər arasında sorğu təşkil etdiniz.Bu da Fanat.az internet saytının əməkdaşlarının işlərinə qeyri-peşəkar yanaşmasının bariz nümunəsidir.Qeri-peşəkarlığın bir nümunəsi də saytınızın köşə yazıları Natiq Muxtarlının məqaləsinə edilən düzəliş və bunun nəticəsində Natiq Muxtarlının sizdən inciməsidir. Bu saytın kimə və nəyə xidmət etdiyi bilinmir.Yazırsınızki "İnter” komandasının rəhbərliyi Elnur Muradova rüşvət verib.Kim verib,harada verib və hansı üsulla verib? Özünə hörmət eən agentlik və sayt boş yox,sübutu olan informasiya yaymalıdır.Məndə sabah informasiya yerləşdirə bilərəm ki,İnterfan.az saytına daxil olan məlumata görə Fanat.az internet saytının rəhbərliyi və əməkdaşları rüşvət alıb sifarişli yazılar yazır.Bəlkə bu yazdığınız yazıda sifarişlidir?Nə bilmək olar! Burda bir məsələdə var,torbada pişik məsələsi.Bəlkə də "İnter” komandası Fanat.az internet saytına reklam yerləşdirmədiyi üçün qərəzli yazılar dərc etməyə başlamısınız və bu yazılar ilə nəyəsə nail olmaq istəyirsiniz?Lakin onu bilin ki,Azərbaycanda futbol funksioner və azarkeşləri çox gözəl bilirlər ki,kim kimdir və bu qərəzli yazılarla siz yavaş-yavaş itirməkdə olduğunuz imici tam itirib,əvəzinə nifrət qazanırsınız. PS: Atalarda gözəl bir misal var: "Pişiyin ağzı ətə çatmayanda deyir ki,iylənib”
|
Категория: İNTER FAN KLUB |
Просмотров: 536 |
Добавил: ramazanli
| Рейтинг: 0.0/0 |
|