"İnter"ə keçidi gözlənilən Leandro Roşa Bakı klubunu aldadıb.Kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, braziliyalı futbolçu ölkəmizə qayıtmayıb. "İnter"lə danışıqlar aparan və müqavilə bağalmaq üçün qayıtmağa razılıq verən futbolçu son anda gəlməkdən imtina edib. O, artıq Braziliya klublarından biri ilə müqavilə bağlayıb. Həmin klubun adı açıqlanmır. Qeyd edək ki, Roşa əvvəllər "İnter"lə yanaşı, "Standard" və "Bakı"da oynayıb. Ötən mövsümün sonunda Aleksandr Starkovun qərarı ilə "Bakı"nın heyətindən kənarlaşdırılıb.
|