Petar Zlatinov: "Prezidentlə görüş bizi çox ruhlandırdı” Paylaş "Görüşdən çox məmnun qaldım” Fanat: "Çox yaxşıdır ki, Azərbaycan Prezidenti bizi qəbul etdi. Buna görə ona çox minnətdarıq”.Bu sözləri "İnter”in futbolçusu Petar Zlatinov klubun saytına açıqlamasında deyib. Bolqarıstanlı yarımmüdafiəçi prezidenti İlham Əliyevin komanda üzvlərini qəbul etməsilə bağlı fikirlərini açıqlayıb: "Xoşdur ki, cənab Prezident ölkədə idmanın inkişafını izləyir. Prezidentlə görüş bizi çox ruhlandırdı, bizi yeni uğurlar əldə etməyə əlavə stimul verdi. Bir sözlə, görüşdən çox məmnun qaldım”.
"Ölkə prezidentinin qəbuluna düşmək idmançılar üçün böyük şərəfdi!” Paylaş
David Odikadze: "Hiss etdik ki, qələbələrimizə bizim uğurumuzu qiymətləndirən və bizi qəbul edən cənab prezident şəxsən sevinib” Fanat: "Azərbaycanın Prezidenti iqamətgahında bizi qəbul etməklə bizə böyük şərəf verdi”.bu sözləri "İnter”in futbolçusu David Odikadze deyib. Gürcüstanlı legioner komandasının prezidenti İlham Əliyevlə görüşü haqda təəssüratlarını klubun rəsmi internet saytına açıqlayıb: "Prezident İlham Əliyevin qəbuluna düşmək idmançılar üçün böyük şərəfdi! Biz hiss etdik ki, komandamızın çıxışını hamı izləyib və hiss etdik ki, qələbələrimizə bizim uğurumuzu qiymətləndirən və bizi qəbul edən cənab Prezident şəxsən sevinib. Biz sözlə, ifadə olunmayan hisslər yaşadıq-bu, bizim üçün böyük şərəfdi!”
|