İnterin bolqarıstanlı yarım müdafiyyəçisi Petar Zlatinov saytımıza verdiyi müsahibəsində AZAL və Neftçi oyunu haqda bunları dedi
"AZAL ilə oyunda biz hücum edən tərəf olduq.Qol imkanlarımızda oldu lakin ani bir hücum və rəqib bizi yersiz məqamda yaxaladı və qol vurdu bundan sonra rəqib müdafiyəyə çəkildi və bizə qol vurmağa imkan vermədi.İnter bu oyunda qalibiyyətə layiq idi lakin yenə bəxt bizdən üz çevirdi deyim ya nəsə başqa bir şey?amma onu bilirəm ki artıq AZAL bizim arzu olunmaz rəqibimizə çevrilib bu sezon buna tez bir zamanda son qoymaq lazımdır.Kubok yarım finalında yenə üz üzə gələcəyik bu dəfə gərək bu tilsimi sındıraq.O ki qaldı Neftçi ilə oyuna çoxları bizi artıq siyahıdan silib amma Neftçi ilə oyuna ciddi hazırlaşırıq və inanıram ki bu oyunda biz azarkeşlərimizi sevindirə biləcəyik.Düzde çempionluq əldən gedir yavaş yavaş amma bu o demək deyiı ki təslim olmalıyıq.Bu oyunda hər şey ola bilər.əgər oyuna yaxşı başlasaq əminəm ki meydandan üzü ağ çıxarıq.Son halda isə İnter bu sezon minimum Avro Liqaya vəsiqəni özünə təmin etməlidir.
müxbir Rəşad Quliyev
|