"Muğan"la oyun çox mürəkkəb oldu. Ötən turda biz "Gəncə"yə məğlub olmuşduq, "Muğan" isə "Simurq"u məğlub etmişdi. Bu vəziyyət rəqibə xüsusi inam verirdi. "Muğan" qalib gəlmək istəyirdi, lakin onların "köpüyünü yatırdıq" və layiqli qələbə qazandıq. Biz həm birinci, həm də ikinci hissəni yaxşı oynadıq. Daha əvvəl qol vurmalıydıq, lakin təəssüf ki, bunu edə bilmədik".bu sözləri "İnter"in yarımmüdafiəçisi Petar Zlatinov deyib. İlk yarıda "Muğan"ın hədəfə alan futbolçu fərqlənənə bilməməsini belə izah edib: "Nəyin mane olduğunu bilmirəm. Əgər bilsəydim, mütləq qol vurardım (gülür). Növbəti oyunlarda mütləq fərqlənəcəyimə ümid edirəm". Zlatinov əvəz olunarkən nümayişkarənə şəkildə baş hakim Elnur Muradovun əlini sıxmasına da münasibət bildirib: "Nümayişkarənə şəkildə sıxmadım. Sadəcə, işinə görə "sağ ol" dedim". Bolqar futbolçu matçın sonundakı gərginliklə də bağlı danışıb: "Bu, gərginliyin yüksək konsentrasiyasıyla bağlıdı. Buraxılan qoldan sonra "Muğan" bir qədər özündən çıxdı, amma belə olur. Axı, bu futboldu!"
|