-Bir neçə gündən sonra komanda səfər oyununda "Qarabağ”la qarşılaşacaq...
-"Qarabağ” kifayət qədər ciddi rəqibdir, çox güclü komandadır. Onlar yaxşı kombinasiyalı futbol oynayırlar və buna görə də bizi çətin oyun gözləyir. Axı, onları məğlub etmək o qədər də asan deyil. Demək istəyirəm ki, "Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacağıq. "Altılığın” final oyunları çərçivəsində biz artıq 5 qarşılaşma keçirmişik, lakin heç birində qələbə əldə edə bilməmişik. Odur ki, qarşıdakı oyunda 3 xal bizə çox lazımdır. Bundan başqa, qələbə bizə turnir cədvəlində vəziyyəti dəyişdirməyə imkan verəcək ki, bu da oyunun əhəmiyyətini artırır.
-"İnter” hələlik turnir cədvəlində 5-ci yerdədir. Sənin nəzərincə, komanda cədvəldə yüksələ bilərmi?
-Hansısa proqnoz vermək istəmirəm. Təbii ki, nə qədər irəliləsək, bir o qədər yaxşı olar. Turnir cədvəlində vəziyyəti dəyişmək lazımdır, bunun üçün qalan matçlarda qalib gəlmək lazımdır. Əlavə edim ki, bizim başlıca vəzifəmiz avrokuboklara düşməkdir.
mənbə -inter.az