Bankirlərin bolqar yarım müdafiəçisi Petar Zlatinov agligoylu.tk verdiyi müsahibədə bunları dedi. Petar Son turda Xəzərlə oyunda qalib gəldiniz bu oyun haqda nə deyə bilərsən? Oyundan öncə bütün komanda ancaq qalibiyyətə köklənmişdir.Ondan əvvəlki oyunda gözlənilmədən xal itirdik.Bu oyunda isə xal itirmək bizi liderdən daha da uzaqlaşdıracaq ən ağırı isə altılıqdan kənarda qoyacaqdı bunu çox yaxşı anlayırdıq.Amma oyun bizim diktəmizlə keçdi Nizami gözəl qol vurdu və 3 xalı hesabımıza yazdıq. Komanda artıq zamanla öz tempini turur və gözlənilən oyun sərgiləyir lakin qol vurmaqda çətinlik çəkir. Düzdü qol epizodumuz çox olur amma bunu reallaşdırmaqda bir az çətinlik çəkirir.Amma düşünmürəm ki bu belə davam edəcək.Hər şey yaxşı olacaq hələ çempionat indi sürət yığır. Qarşıda sizi "Neftçi"ilə oyun gözləyir.Bu oyun haqda nə deyərdin? Rəqib güclü komandadır ən azından Xəzərlə oyunu onlara qarşı da göstərə bilsək düşünürəm ki qalib tərəf biz olacağıq buna borcluyuq. Səncə bu il "İnter" Avro Liqaya vəsiqə qazana biləcək? Bu sezon nəyin bahasına olursa olsun Avro Liqaya qatılmalıyıq başqa cür ola da bilməz çünki "İnter" avropada oynamağa layiqdir və təcrübəsi də var.Artıq zamanı çatıq bi Azərbaycan klubları Avropada öz sözün desin.İnşallah bu biz olarıq.
Fariz Xəlili agligoylu.tk
Mənbəni göstərmək peşəkarlıq əlamətidir.
|