İnterin yarım müdafiyəçisi Petar Zlatinov AZAL ilə Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunu haqda agligoylu.tk bunları dedi.
"Oyun çətin olacağını bilirdik rəqib cütün taleyini cavab oyununda həll etmək istəyirdi ona görə də bu oyunda heç heçə qeydə alındı.Hücumlarımız arzu olunan nəticə ilə yekunlaşmırdı.Cavab oyununda hər şey tamam başqa cür olacaq.Biz bu oyuna ölüm dirim oyunu kimi baxırıq.Əgər Avro Liqaya vəsiqəni əldə etmək istəyiriksə onda gərək ilk öncə finala çıxaq bunun üçün isə AZAL ı məğlub etməliyik.Bizim itirəcəyimiz heç bir şey yoxdur.Mənə elə gəlir cavab oyununda açıq futbol oyunu gedəcək.Mən inanıram ki İnter finala çıxan tərəf olacaq çünki biz buna can atırıq və buna layiqik.Amma hələki qarşıda Xəzər Lənkaranla oyun var bu oyuna ciddi hazırlaşırıq.Lənkarandakı oyunda qollu heç heçə oldu burda isə biz 1:3 məğlubiyyətin revanşını almaq istəyirik."
Oktay Ağazadə agligoylu.tk
|