"İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinovun agligoylu.tk saytına müsahibəsi - "Neftçi” ilə matç necə alındı? - Əlbəttə, oyunun gərgin keçəcəyi məlum idi. Biz preymer-liqanın liderinə qarşı oynayırdıq. Həm də son 4 oyunun üçündə məğlub olub, yalnız birində heç-heçə oynamışdıq. Bu səbəbdən də qələbəyə köklənmişdik. Matça yaxşı başlayıb, erkən qol vurduq. Amma növbəti qolu vurmaq lazım idi ki, bunu həyata keçirə bilmədik. - Qol vurmağa nə mane oldu? - Bərabər səviyyəli oyun idi. Düzdür, qapılar qarşısında çoxlu qol vəziyyətləri yaranmadı. Həm də "Neftçi” buraxılan qoldan sonra daha böyük qüvvə ilə irəli atıldı. - Matçın sonuna yaxın hakim "İnter”in qapısına şübhəli penalti təyin etdi. Səncə, qərar düz idimi? - Çox gülməli qərar idi. Bizdə eyni hallar baş verəndə, penalti təyin olunmur. Amma… yaxın məsafədən rəqib topu futbolçumuzun əlinə vurdu. Həmin anda müdafiəçi heç nə edə bilməzdi. Hakim isə dərhal penalti nöqtəsini göstərdi. Belə vasitələrlə rəqib komandalara kömək etmək lazım deyil.Amma bu oyunda edildi - "İnter” artıq 5-ci oyundur qələbə qazana bilmir. buna səbəb nədir?
- Mən belə deməzdim. Komandada hər şey qaydasındadır. Biz rəqiblərimizdən geri qalmırıq. Sadəcə, yaradılmış qol fürsətlərindən lazımınca istifadə etmək lazımdır. Bir oyunda qələbə qazansaq, hər şey dəyişəcək.
Cəmil Xəlili agligoylu.tk
|