Главная » 2011 » sentyabr » 22 » Penalti "şousu", "istefa" və haqqı tapdalananlar (Yazı)
18:31 Penalti "şousu", "istefa" və haqqı tapdalananlar (Yazı) |
Haqqı tapdalanan "Turan” və "İnter” AFFA Hakimlər Komitəsinin cavanlaşdırma siyasəti çox xoşagəlməz effekt verməkdədir. "Qocalar” işə yaramır, cavanlar isə onlara bəslənən ümidləri lazımınca doğrultmurlar. Bildiyiniz kimi, ötən həftəiçi IV turdan təxirə salınmış "Sumqayıt Şəhər” - "İnter” görüşündə 47 yaşlı köməkçi hakim Ramiz Əsədov hesab 0:0 olarkən oyundankənar vəziyyət qeydə alaraq, sumqayıtlıların təmiz qolunun sayılmamasında önəmli "pay sahibi oldu”. Əldə etdiyimiz məlumata görə, Əsədov etdiyi səhvə görə qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb. Maraqlıdır ki, həmin oyunda qələbə qazanan "İnter” özü VI turda buna bənzər haqsızlıqla üzləşib. Bu dəfə AZAL-la qarşılaşmada onların öz qapılarına aşkar oyundankənar vəziyyətdən qol vurulub. Azı yarım metr öndə olan AZAL-lı futbolçunu görməyən yan xətt hakimi Samir Hacıyev "bankirlər”ə qarşı böyük haqsızlığa yol verib. Haqsızlıqla üzləşən klublardan biri də "Turan” olub. "Bakı” ilə qarşılaşmanın ilk hissəsində görüşün baş hakimi Rauf Cabbarov tovuzluların qapısına onbirmetrlik cərimə zərbəsi təyin edib və "Turan”ın oyunçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə sarı vərəqə göstərib. Halbuki həmin epizodda futbolçunun arxası hakimə tərəf olub və o heç epizodu görməyib. Videotəkrar zamanı aşkar şəkildə görünür ki, top, ümumiyyətlə, futbolçunun əlinə yox, sinəsinə toxunub. Nəticədə AFFA İntizam Komitəsi Müslümzadəyə verilən vərəqəni ləğv edib. Göründüyü kimi, bu qədər hakim səhvləri heç də xoş sonluqdan xəbər vermir.
Anar Xanlarov, "Çempion" qəzeti
|
Категория: Azarkeş Məqalələri (Bloq) |
Просмотров: 487 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|