Bu gün Premyer Liqanın XXX turunda iki paytaxt klubu Neftçi və İnter üz üzə gəldi.Keçən ilki və yeni çempionun oyun Neftçi üçün formal xarakter daşısada İnter üçün əhəmiyyət kəsb edirdi.Belə ki bu oyunda İnter 3 xal qazanacağı halda turnir cədvəlində AZAL ı geridə qoyaraq 4 cü pilləyə qalxacaqdır.Lakin oyun gözlənildiyindən sönük keçdi və qol epizodları ilə kasad olan oyunda hesab açılmadı.İnter xal hesabını 45 edərək 4 və 5 ci yerləri paylaşır.
Bu oyunda hər iki komanda da əsas heyyət oyunçularından bir neçəsi oynamamağı diqqəti cəlb etdi.
Kaxaber Sxadadze: Azarkeşlər yaxşı oyunun şahidi olmadı
Premyer Liqanın 30-cu turunda keçirilən "Neftçi" - "İnter" qarşılaşması qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze matçla bağlı bunları dilə gətirib: "İlk növbədə Arif Əsədovu və "Neftçi" klubunu çempion olmaları münasibəti ilə təbrik edirəm. İnanıram ki, "Neftçi" Azərbaycanı həm Çempionlar Liqasında, həm də "Birlik Kuboku"nda layiqincə təmsil edəcək. Azarkeşlər, bəlkə də, yaxşı oyunun şahidi olmadı. Bizi irəlidə AZAL-la çətin oyun gözləyir. 4-cü yeri tutub Avroliqada çıxışımızı təmin etmək istəyirik".
|