Premyer Liqanın 3-cü turunun daha bir matçında dava düşüb. Azerisport.az xəbər verir ki, "Şəfa” stadionunda keçirilən "İnter” – "Bakı” qarşılaşmasının son dəqiqələrində ara qarışıb. Belə ki, Georgi Lomaya topa tullanarkən təpiyi Nurlan Novruzovun sinəsinə dəyib. Bu zaman hakim Ramil Diniyev Lomayaya qırmızı vərəqə göstərib və "İnter”in qapısına ikinci penaltini təyin edib. Bu zaman stadionda ara qarışıb. "İnter”in prezidenti Georgi Nikolov və məşqçiləri meydana çıxıb, futbolçular arasında gərginlik yaranıb, PFL-in mühafizə xidməti araya girib. Nikolov "İnter”i meydandan çıxarıb. Kaxaber Tsxadadze polisin üstünə yeriyib. "İnter"in baş məşqçisi Kaxaber Tsxdadze "Bakı"nın çalışdırıcısı Aleksandr Starkovu söyüb. Bu iki komandanın rəsmiləri arasında davanın qızışmasına səbəb olub.
Stadion kənarında təhlükəsizlik gücləndirilib. Arenaya əlavə polis qüvvələri gətirilib.
|