Unibank Premyer Liqasının XXIV turunda son ölkə çempionu "İnter" kubokun qalibi "Bakı"nı qəbul etdi. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1:1 hesablı heç-heçə ilə kifayətləndilə
Kaxaber Sxadadze: "Meydanda ancaq bir komanda var idi"
Fikrimcə, meydanda bu gün ancaq bir komanda var idi. Baxımlı oyun alındı. Oyuna görə biz daha üstün idik. Təsadüfi qol buraxsaq da, bərabərlik qolunu vura bildik". bu sözləri "Bakı" ilə oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Aleksandr Starkov: "Komandamın oyunu xoşuma gəldi"
"Bu gün komandamın oyunu xoşuma gəldi. Yaxşı oyun alındı, əla qol vurduq. "İnter" kimi güclü komandaya qarşı oynadıq. Qapımızı oyunun sonunadək toxunulmaz saxlaya bilərdik, lakin üstünlüyü əldən verdik. İkinci hissədə də bir neçə qol imkanımız oldu. Fikrimcə, bu gün komandamın oyunu alındı". bu sözləri "İnter"lə oyundan sonra "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
|