"Səhvləri qəsdən edirlərsə, bu, dərddir”
"İnter”in yarımmüdafiəçisi Rövşən Əmiraslanov da hakimliklə bağlı danışıb.solaxay futbolçu çox maraqlı fikirlər səsləndirib.
"Bəzən çox kobud səhvlərə yol verirlər. Həmin vaxt fikirləşirsən ki, necə səriştəsiz hakimlərdir. Hərdən isə oyunu o qədər gözəl idarə edirlər ki, tam fərqli şeylər düşünürsən. Əgər səhvləri qəsdən edirlərsə, bu, dərddir. Yox, bilməyə-bilməyə edirlərsə, bunu normal qarşılamaq lazımdır. Çünki dünyanın bütün çempionatlarında belə səhvlər olur. Onlar da insandırlar, verdikləri qərarlarda yanıla bilərlər. Anlayışla qarşılamaq lazımdır.
O ki qaldı əcnəbi hakimlərin dəvət olunmasına, bəzən, doğrudan da, buna ehtiyac duyulur. Bəzən isə yerli referilərə güvənmək istəyirsən. Yerlilərin idarəçiliyi qeyri-stabil olduğu üçün ölkə xaricindən əcnəbi hakimlərin gətirilib-gətirilməməsi ilə bağlı konkret fikir söyləyə bilmirəm. Amma nəticə etibarilə bəzi oyunlarda əcnəbi hakimlərə ehtiyac var”.
Penalti.az