Unibank Premyer Liqanın 3 tur çərçivəsində Bakının "İnter" klubu Lənkaranın "Xəzər"klubun qonağı oldu.Oyun qarşılıqlı hücumlar şəraitində keçdi.Əsasən əks hücumlara arxalanan "İnter" oyunun taktikasının əks hücumlarda qurmuşdur.Oyun azarkeşlərlə tamami ilə dolu stadionda baş tutdu.Bir neçə qol epizodunda "İnter"in qapıçısı ustalıq nümayiş etdirərək qolu qapıdan keçməyə imkan vermədi."Paytaxt -Cənub" derbisi 0:0 hesabı ilə qolsuz bərabərə bitdi. Oyundan sonra "İnter"komandasının baş məşqçisinin dedikləri: "Gərgin oyun keçdi. "Xəzər Lənkəran"nın bəzi oyunçuları və bəzi məşqçiləri pley-off qaydalarına riayət etmədilər”. bu sözləri son ölkə çempionu "İnter"in baş məşqçisi Kaxaber Sxadadze söyləyib. Bu gün Unibank Premyer Liqasının 3-cü turu çərçivəsində "Xəzər Lənkəran”ın qonağı olan paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan oyundan sonra keçirilən mətbuat konfransında daha sonra bunları vurğulayıb: "Oyun demək olar ki, başabaş mübarizədə keçdi, əks-hücumlardan istifadə etdik. Müəyyən anlarda bəxtimiz gətirmədi. Oyundan şikayət etmirəm, lakin bəzi oyunçularım zədəli idi. Rəqibin bütün oyunlarını izləmişdik, Lakin "Xəzər Lənkəran"la bu cür azarkeş dəstəyi ilə oynamaq çox çətindir. Futbolçularıma təşəkkür edirəm".
Xatırladaq ki növbəti turda "İnter" digər paytaxt təmsilçisi olan "Neftçi"klubunu qonaq edəcək.Oyun 28 avqustda Şəfa stadionunda baş tutacaq
|