Məlumat verdiyimiz kimi, sentyabrın 24-də Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində komandamız doğma divarlar arasında Gəncənin "Kəpəz” komandasını qəbul edəcək. Bu gün qarşılaşmanın başlanma vaxtı məlum oldu. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, azarkeşlər matçı saat 19.00-da izləyə biləcəklər. Xatırladaq ki, oyun "Şəfa” stadionunda baş tutacaq.
|