Bir neçə gün əvvəl "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Fransadan iki futbolçu transfer etməyə hazırlaşdıqlarını bildirmişdi. Gürcü mütəxəssis bu futbolçuların adlarını açıqlamasa da, hər ikisinin mərkəz müdafiəçisi olduğunu və artıq 4 mövsümdü Fransa çempionatında çıxış etdiklərini qeyd etmişdi. Mətbuatda yayılan xəbərlərə görə, "İnter"in hədəfində olan futbolçular Fransada yüksək liqaya vəsiqə qazanan "Stade Reyms"in müdafiəçisi Matyu Fontaine və elita təmsilçisi "Nitsa" üzvü Kevin Malaqadı. Bu barədə "FutbolPress"ə danışan paytaxt təmsilçisinin meneceri Səbuhi Səfiyarlı adları hallan oyunçuların onların transfer siyahısında olmadığını bildirdi. Klub rəsmisi saytımıza açıqlamasında əcnəbi futbolçuların keçidi ilə bağlı danışıqların davam etdiyini də vurğuladı: "Bəri başdan deyim ki, mətbuatda adları hallanan futbolçular bizim siyahımızda yoxdu. Hədəfimizdə olan futbolçular başqadı. Müzakirələr gedir. Onların alınma ehtimalı 50-nin 50-yədi. Adlarını açıqlaya bilmərəm, çünki elə ola bilər danışıqlar heç müsbət yekunlaşmasın"
Mənbə:agligoylu.tk
|