Vladimir Levin: "Lənkərana səfər məndə daha çox müsbət emosiyalar doğurur"
"İnter"in kapitanı Vladimir Levinin klubun rəsmi saytına müsahibəs
- Artıq bazar günü "İnter" səfərdə birinciliyin liderlərindən biri olan "Xəzər Lənkəran”la qarşılaşacaq. Komanda bu matça necə hazırlaşır və keçiriləcək oyun barədə nə düşünürsən? - Bu matça hazırlaşmaq üçün çox az vaxtımız var. Buna görə də, ondan səmərəli istifadə etmək lazımdı. Düşünürəm ki, görüşün afişası artıq özündə vacibliyi daşıyır. Bundan başqa, qarşıdakı oyun komandaları cəmi 2 xal ayırdığı turnir cədvəli baxımından da çox vacibdi. Bütün oyunlar bizim üçün özünəməxsus şəkildə əhəmiyyətlidi, lakin bu qarşılaşma daha mühümdü. Çox istərdim ki, Lənkərandan müsbət nəticə ilə qayıdaq. - Lənkəran arenası həmişə dolu tribunalarıyla və stadionda atmosferilə fəqlənib. Lənkəranlılarla səfərdə oynamaq necə təsir bağışlayır? - Bu, xüsusi futbol atmosferi hiss edilən səfər oyunlarından biridi. Orada həmişə tribunalar dolu olur, xoşdu ki, xalq futbolu çox sevir. Belə şəraitdə oynamaq çox əladı, axı bu, oyuna köklənmə və adrenalin əlavə edir. Belə matçlar çox olsa yaxşıdı! Lənkərana səfər məndə daha çox müsbət emosiyalar doğurur. Əlbəttə ki, qazonun keyfiyyətinin də bütün tələblərə cavab verməsini istərdim. - Rəqibin heyətində bir çox fərdi ustalığıyla seçilən futbolçular çıxış edirlər. "Xəzər Lənkəran”ın heyətində hansı futbolçunu fərqləndirərdin? - Kimisə fərqləndirmək istəmirəm, axı futbol şahmat və ya tennis deyil. Futbol komanda oyunudu və matçın nəticəsinə görə bütün oyunçular cavahdehdi. "Xəzər Lənkəran” haqqında onu deyə bilərəm ki, onlar uzun müddət turnir cədvəlində 1-ci yerdə qalıblar, demək, bu, bütün komandanın uğurudu. Bu, ölkənin ən ambisiyalı və ciddi komandalarından biridi. - "İnter” mövsümə kifayət qədər uğurla başlamadı, ancaq tədricən komandamız oynunu tapdı və artıq ard-arda 11 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Deyə bilərsənmi, belə uğurlu məğlubiyyətsizlik seriyasının sirri nədədi? - Biz hər oyuna lazımi səviyyədə hazırlaşırıq. Haradasa bəxt kömək edir, axı futbolda bəxt payı olmadan keçinmək olmur. Nəticəyə işimiz, məşqlərimiz də təsir göstərir. Yəqin ki, uğurun sirri də məhz bundadı. - Turnir cədvəlinə baxan zaman nəzərə çarpır ki, komanda az qol buraxır, ancaq bununla yanaşı, kifayət qədər az da qol vurur... - Hər oyunda kifayət qədər qol vəziyyəti yaradırıq, amma bizi realizasiya pis vəziyyətdə qoyur. Düşünürəm ki, məşqlərdə bu problem üzərində daha sayıq işləmək lazımdır və o zaman vəziyyət olduqca yaxşılaşacaq. Bundan başqa, bizə yaradılan vəziyyətlərdən daha diqqətli istifadə etmək də lazımdı.
|