"İnter" Premyer Liqada növbəti qələbəsini qazanıb. bank klubu bu gün "Simurq"un qonağı olub. Zaqatala təmsilçisi həmişə olduğu kimi "bankir" həmkarlarına müqavimət göstərə bilməyib və meydanı məğlubiyyətlə tərk edib. Matçın yeganə qoluna 15-ci dəqiqədə "İnter"in makedoniyalı futbolçusu Filip Despotovski imza atıb. Bununla da xal hesabını 22-yə yüksəldən "İnter" bir günlük fasilədən sonra 3-cü pilləyə yüksəlib. Aktivində 6 xal olan "Simurq" isə 11-ci pillədə qərarlaşıb.
"Simurq" 0:1 "İnter" - 31.10.2010 31 oktyabr 2010. Saat 14:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı Baş hakim: Ramil Diniyev Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Rza Məmmədov Dördüncü hakim: Tahir Əhmədov AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Rüfət Hüseynov Sarı vərəqələr: Anar Həsənli, 60; Elnur Abbasov, 80 // Volodimir Levin, 51 Qol: Filip Despotovski, 14 İstifadə olunmamış penalti: Mario Santana, 61 Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
Haciyevski: "İnter” bizdən daha güclü komandadır”
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "İnter” bizdən daha güclü komandadır”. bu sözləri bu gün baş tutmuş matçdan sonra təşkil edilmiş mətbuat konfransında "Simurq” klubunun baş məşqçisi Qyoko Haciyevski söyləyib. Təcrübəli məşqçi komandasına inandığını da dilə gətirib: "Komandamın gələcəyinə inanıram, yaxşı komandamız var”.
"Ümumilikdə oyundan razı qaldım. Məni razı salmayan qol vəziyyətlərindən istifadə etməməyimizdir” ötən həftə AZAL-a acınacaqlı məğlubiyyətdən sonra istefası barədə söz-söhbətlər yayılan "İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze söyləyib. O, daha sonra rəqibin oyunu ilə bağlı da fikirlərini bildirib: "Əldə etdiyimiz 6-7 real qol epizodu oldu, ancaq "Simurq”un qapıçısı çox yaxşı oynadı”.
|