"İnter”in futbolçusu Elnur Abdulovun klubun rəsmi saytına müsahibəsi
- Elnur, Yeni İli necə qarşıladın? -Yeni İli ailəmlə birlikdə qarşıladım. Mən bayramları məhz belə keçirməyi xoşlayıram. - Bu il kiməsə Yeni İl hədiyyələri təqdim etdinmi? - Bəli, ailə üzvlərimə və yaxın dostlarıma hədiyyələr verdim. Onlar da mənə hədiyyə etdilər. - Uşaq ikən Yeni İl bayramında sənə verilən hansı hədiyyə daha çox yadında qalıb? - Xatırlayıram, Yeni İldə evimizə Şaxta Baba gəlmişdi. O zaman çox balaca idim və bu, mənim üçün əsl Yeni İl sürprizi olmuşdu. - Ötən il sənin üçün necə alındı? - Hesab edirəm ki, 2011-ci il mənim üçün kifayət qədər uğurlu alındı. Əvəzedici heyətdə bir neçə il keçirdikdən sonra "İnter”in əsas heyətinə düşməyi bacardım və düşünürəm ki, bu, mənim üçün ötən ildə ən yadda qalan hadisə oldu. - 2011-ci ili "İnter” üçün uğurlu hesab etmək olarmı? - Əlbəttə, ilin əvvəlində "Birlik Kuboku”nda əldə etdiyimiz uğuru bayram etdik, ilin ikinci yarısında yaxşı futbol sərgilədik və nəticədə "İnter” ard-arda 15 oyundu məğlub olmur. Bu rəqəmlər çox məramdan xəbər verir. - 2012-ci ildən nə gözləyirsən? -Qələbələr gözləyirəm. "İnter”in çempion olmasını və kubokda uğur qazanmasını çox istəyirəm. Bu il məqsədlərimizə çatacağımıza ümid edirəm.
|