"Keçirilən oyun göstərdi ki, "İnter" klubu bizdən daha hazır vəziyyətdə idi. Axı, biz toplanışa cəmi bir həftə əvvəl qatılmışıq, sizin komandanız isə bura bizdən əvvəl gəlib”. Apasport.az sasytının məlumatına görə, bu sözləri Türkiyənin "Mersin İdmanu Yudru" klubunun baş məşqçisi Nurullah Sağlam deyib.
O, Bakının "İnter” komandası ilə yoxlama oyunu (3:3) haqda fikirlərini açıqlayıb: "İnter" işini bilən komandadır. Taktiki cəhətdən çox güclü bir klubdur. Oyun anlayışı və fiziki tərəfdən yaxşı hazırlanan komandanız var. Mən inanıram ki,gələn mövsümdə "İnter" yaxşı nəticələr göstərəcək və sizin klubunuza uğurlar arzulayıram”.
Mənbə: inter.az
|