Bakının "İnter” klubu baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında Premyer Liqada 100-cü qolunu vurub. XXV turun "Qəbələ” ilə səfər oyununda rəqib qapısına yol tapan Nizami Hacıyev Sxadadzenin yetirmələrinin yubiley qolunun müəllifi olub. "İnter” Sxadadzenin rəhbərliyi altında 2009/10 mövsümündəki 32 oyunda 47 (təsnifat mərhələsi 36, final mərhələsi 11), 2010/11 mövsümündəki 32 matçda isə 29 qol (təsnifat mərhələsi 24, final mərhələsi 5) vurmuşdu. Cari mövsüm təsnifat mərhələsini 21 qolla tamamlayan paytaxt təmsilçisinin final mərhələsindəki 3-cü qolu yubiley əhəmiyyətli oldu. Qeyd edək ki, Sxadadzeyə qədər legioner baş məşqçilərdən yalnız ikisi Premyer Liqada 1 klubda 100-dən artıq qol sevinci yaşamışdı. Valentin Xodukin "İnter”də 146, Roman Pokora "Simurq”da 128 qol görmüşdü.
|