"Gürcüstanda yaxşı
təlim-məşq toplanışı keçirdik. Qeydə alınan nəticələrin elə bir önəmi yoxdur.
Nəticədə yoxlama görüşləri keçirirdik. Əsas odur ki, baş məşqçinin bizdən
tələb etdiyi oyunu sərgiləyə bildik. "Simurq"la oyun da çox çətin
keçəcək. Çünki əminəm ki, "Simurq" son ana qədər döyüşəcək.
"İnter"lə oyun gələndə hamı şirə dönür. Hamı fikirləşir ki, oynayaq
"İnter"ə xal verməyək. Bilirəm ki, "Simurq"da sabah
aqresisv oyanaycaq. Buna baxmayaraq biz qələbə üçün meydana çıxacağıq. Sabah
mütləq qələbə qazanmlıyıq".
Bu sözləri "İnter"in futbolçusu Nizami Hacıyev açıqlamasında dedi.
Hacıyev
"Simuq"la görüşdə baş məşqçidən şans gözlədiyini dedi: "Oyuna
çıxıb-çıxmamağım baş məşqçinin verəcəyi qərardır. Onun qərarlarına da hər zaman
hörmətlə yanaşıram. Ola bilər ki, əsas heyətdə çıxdım. Bəlkə də baş məşqçi heç
oyuna buraxmadı.
Bir il futbol oynaya bilmədim. İndi isə yeni-yeni özümə gəlirəm.
Əvvəlki oyunumu 70 faiz tapmışam. İnşallah oynadıqca da, daha yaxşı vəziyyətə
gələcəyəm". Mənbə:premyerliqa.az
|