Dünən "Space TV"də efirə gedən "Qol" verlişinin qonağı olan Nizamı Hacıyev oyun haqda bunları dedi. "Xəzər Lənkaranla oyun öncəsi demişdim ki biz qalib gələcəyik.Yadıma gəlir Lex Poznanla oyun öncəsi də mən demişdim ki qalib gələcəyik və qalib gəldik Xəzərlə oyuna həmən oyuna hazırlaşdığımız kimi hazırlaşmışdıq.İnşallah Neftçi ilə oyunda da qalib gələcəyik.Nəyin bahasına olursa olsun biz qalib gəlməliyik.Oyundan öncə məşqçi mənə sadəcə dedi "oyuna daxil ol və onların meydanın mərkəzində oyna və boşluqları tap məndə bunu etdim.Sevinirəm ki vurduğum qol qalibiyyət gətirdi"
|