"Ehtiyatda qalmağımızın da səbəbi bu idi ki, meydana sonradan daxil olub, komandamızın oyununu gücləndirək. Hesabda geridə olmağımıza baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Özünüz də gördünüz ki, nə qədər qol epizodu yaxaladıq. Ancaq təəssüflər olsun ki, yararlana bilmədik. Düşünürəm ki, bu heç-heçə ediləsi oyun deyildi. Buradan qalibiyyətlə dönə bilərdik.
Demirəm ki, AZAL pis oynadı. Lakin biz AZAL-dan açıq-aşkar üstün idik". Bu sözləri "İnter"in futbolçusu Nizami Hacıyev Premyerliqa.az-a açıqlamaslnde deyib.
Nizami Hacıyev AZAL-ın güclü rəqib olduğunu deyərək, bir xalı pis nəticə hesab etmədiyini dedi: "AZAL pis komanda deyil. Onlar da çempionluğu üçün oynayırlar. Yəni böyük məqsədləri var.
Buna baxmayaraq biz üstün idik. Sadəcə biz son nöqtəni qoymağı bacarmırdıq. Qol vurmaq problemə çevrilib. Mən özüm dı bəzi epizodlardan lazımınca yararlana bilmirəm".
"Baş məşqçi futboçunun nəyə qadir olduğunu bilməsə ondan heçnə tələb etməz. Çox sağolsun ki, Kaxaber Sxadadze də mənə güvənir. Əlimdən gələni edib onun mənə olan etimadını doğrultmağa çalışıram".
Bu il çempionluğa oynayacağıq. Məqsədimizə çatacağımıza əminəm"-deyə Nizami Hacıyev fikirlərini tamamladı.
|